
Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz kreslo, bir sözlə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Əlinizdə tutduğunuz kitabın hər bir səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik zərrəciklərdir ki, ən güclü mikroskoplarla belə bir dənəsini görmək qeyri-mümkündür. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir.
Bir insanın bu kiçik ölçünü gözündə canlandırması qeyri-mümkündür. Buna görə də, bunu bir misalla izah etməyə çalışaq:
Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın içindəki atomları görməyiniz qeyri-mümkündür. Atomları mütləq görmək istəyirəm deyirsinizsə, əlinizdəki açarı dünyanın ölçülərinə gətirməyiniz lazım gələcək. Əlinizdəki açar dünya ölçüsündə böyüsə, onda açarın içindəki hər bir atom bir gilas böyüklüyünə çatar və siz də onları görə bilirsiniz.
Yenə bu kiçik ölçünü qavramaq və hər yerin necə atomlarla dolu olduğunu görə bilmək üçün bir nümunə daha verək:
Bir duz dənəsinin bütün atomlarını saymaq istədiyimizi düşünək. Saniyədə bir milyard (1.000.000.000) atom sayacaq qədər sürətli olduğumuzu da fərz edək. Bu diqqətəlayiq bacarığa baxmayaraq, bu kiçicik duz dənəsinin içindəki atomların sayını tam olaraq müəyyənləşdirə bilmək üçün beş yüz ildən çox bir zamana ehtiyacımız olacaq.
Yaxşı, bəs onda bu qədər kiçik bir quruluşun içində nə var?
Bu qədər kiçik olmasına baxmayaraq, atomun içində kainatda gördüyümüz sistemlə müqayisə ediləcək dərəcədə qüsursuz bir sistem var.
Hər atom bir nüvə və nüvədən çox uzaqda yerləşən orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin içində isə proton və neytron adı verilən başqa zərrəciklər vardır.
Bu hissədə, canlı-cansız hər şeyin təməlini meydana gətirən atomun fövqəladə quruluşunu və atomların necə birləşərək molekullarından ötrü maddəni meydana gətirdiyini araşdıracağıq.
Nüvə
Nüvə atomun tam mərkəzində yerləşir və atomun xüsusiyyətinə görə müəyyən sayda proton və neytronlardan ibarətdir. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir. Rəqəmlərlə versək; atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) sm qədərdir. Buna görə də nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərbabər olar.
Bu böyük ölçünü (daha doğrusu kiçik ölçünü) yenə gözümüzdə canlandıra bilməyəcəyimizə görə, gilas nümunəmizdən davam edə bilərik. Bir qədər əvvəl bəhs etdiyimiz kimi əlinizdəki açarı dünya ölçülərinə gətirdiyinizdə ortaya çıxan gilas böyüklüyündəki atomların içində nüvəni axtaraq. Amma bu axtarış boşunadır, çünki belə bir miqyasda da xeyli kiçik olan nüvəni qətiyyən müşahidə edə bilmərik. Həqiqətən bir şey görmək üçün yenidən ölçü dəyişdirmək lazım olacaq. Atomumuzu təmsil edən gilas yenidən böyüyüb iki yüz metr hündürlüyündə böyük bir top olacaq. Bu ağlasığmaz ölçüyə baxmayaraq, atomumuzun nüvəsi yenə də çox kiçik bir toz dənəsindən daha iri vəziyyətə gəlməyəcəkdir.
Belə ki, nüvənin 10-13 sm olan diametri ilə atomun 10-8 sm olan diametrini müqayisə etsək belə bir nəticə ortaya çıxar: Atomu bir kürə şəklində qəbul edərək bu kürəyi tamamilə nüvəylə doldurmaq istədiyimiz halda bu iş üçün 1015 (1.000.000.000.000.000) atom nüvəsi lazım gələcək.
Ancaq bundan daha təəccüblü bir vəziyyət vardır: Ölçüləri atomun 10 milyardda biri olmasına baxmayaraq, nüvənin kütləsi atomun kütləsinin 99.95%-ni təşkil edir. Bəs bir şey necə olur da bir tərəfdən kütlənin təxminən hamısını meydana gətirərkən, digər tərəfdən də, demək olar ki, heç bir yeri tutmaz?.
Bunun səbəbi budur: Atomun kütləsini təşkil edən sıxlıq atomun hər yerinə bərabər şəkildə paylanmammışdır, yəni atomun bütün kütləsi atomun nüvəsində cəmlənmişdir. Tutaq ki, sizin 10 milyard kvadrat metrlik bir eviniz var və bu evin bütün əşyalarını 1 kvadrat metrlik bir otaqda toplamağınız lazımdır. Bunu edə bilərsinizmi?. Əlbəttə ki, edə bilməzsiniz. Ancaq atom nüvəsi dünyada tayı-bərabəri olmayan çox böyük bir güc sayəsində bunu edə bilir. "güclü nüvə qüvvəsi" deyə adlandırılan bu qüvvə, proton və neytronları nüvədə toplayır.
Güclü nüvə qüvvəsi, bir atomun nüvəsini bir yerdə saxlayan, onu dağılmaqdan xilas edən, təbiətdəki qüvvələrin ən güclüsü kimi tanınır. Nüvədəki protonların hamısı müsbət yüklüdür və elektromaqnit qüvvəsindən ötrü bir-birlərini itələyirlər. Lakin güclü nüvə qüvvəsi onların itələmə qüvvəsindən 100 dəfə daha böyük olduğundan, elektromaqnit qüvvə təsirsiz hala gəlir. Beləliklə də, protonlar bir yerdə qala bilir.
Bir sözlə, gözlə görə bilməyəcəyimiz qədər kiçik bir atomun içində, bir-biriylə qarşılıqlı təsir halında olan iki böyük qüvvə vardır. Bu qüvvələrin nisbəti elə həssasdır ki, birinin bir qədər daha az və ya bir qədər daha çox olması atomdakı bütün tarazlıqları alt-üst edər. Buna görə də atomun quruluşu pozular, parçalanar və maddəni meydana gətirə bilməz...
Atomun ölçülərini və kainatdakı atomların sayını nəzərə alsaq, ortada böyük bir tarazlıq və dizayn olduğunu görməmək qeyri-mümkün olar. Belə ki, kainatdakı təməl qüvvələrin çox xüsusi bir şəkildə, böyük bir elmlə və qüdrətlə yaradıldığı qətidir. İnkarçıların bu yaradılışı görməzlikdən gələ bilmələri üçün üz tutduqları tək yol, bütün bunların "təsadüflər" nəticəsində bu hala gəldiyini iddia etməkdir. Halbuki, ehtimal hesabları kainatdakı tarazlıqların "təsadüfən" meydana gəlmə ehtimalının "sıfır" olduğunu elmi şəkildə sübut edir. Bütün bunlar, Allahın varlığının və yaratmasının açıq dəlilləridir.
Atomdakı boşluq
Daha əvvəl də vurğuladığımız kimi, atomun çox böyük bir hissəsi boşluqdan ibarətdir. Yaxşı, bəs onda belə bir boşluq necə o?
İndi belə düşünək: Atom, ən sadə izahatla, içindəki bir nüvə və nüvənin ətrafında fırlanan elektronlardan ibarətdir. Nüvə ilə elektronlar arasında başqa heç bir şey yoxdur. Bu, heç bir şey olmayan mikroskopik həcm atomun ölçülərinə görə çox genişdir. Bu genişliyə belə bir nümunə verək: Diametri 1 sm. olan kiçik bir muncuq nüvəyə ən yaxın yerləşən elektronu təmsil etsə, nüvə bu muncuqdan 1 km. kənarda yerləşəcək.(9) Şübhəsiz ki, bu, çox böyük bir boşluqdur. Belə ki, beynimizdə tam olaraq canlandırmaq üçün astrofizik Jean Guittondan bir nümunə verə bilərik:
Təməl zərrəciklər arasında çox böyük bir boşluq var. Əgər bir oksigen nüvəsinin protonunu bu önümdəki masanın üstündə duran sancağın başı kimi düşünsəm- türkcə termin olub, başında kiçik yumruvari cisim olan iynəyə deyilir) başı kimi düşünsəm, onda ətrafında fırlanan elektron Hollandiya, Almaniya və İspaniyadan keçən bir dairə cızar. (Bu sətirlərin müəllifi Fransada yaşayır.) Ona görə də, əgər bədənimi təşkil edən bütün atomlar bir-birlərinə toxunacaq qədər yaxınlaşsaydılar, artıq məni görə bilməzdiniz. Onsuz da, artıq məni heç vaxt gözlə görə bilməzdiniz: Demək olar ki, millimetrin bir neçə mində biri ölçüsündə kiçicik bir toz qədər olardım.
Məhz bu məqamda kainatdakı ən böyük məkanla, ən kiçik məkan arasında bir bənzərliyin ortaya çıxdığını görürük. Belə ki, əgər gözlərimizi ulduzlara doğru çevirsək, orada da atomdakı kimi boşluqların olduğunu görəcəyik. Ulduzlar arasında da, qalaktikalar arasında da milyardlarla kilometrlik boşluqlar mövcuddur. Amma bu boşluqların hər ikisində də insan ağlını aşan, anlama qabiliyyətini aşan bir nizam hakimdir.
Nüvənin içi: Proton və neytronlar
1932-ci ilədək nüvənin proton və elektronlardan ibarət olduğunu düşünürdülər. Nüvənin içində protonla birlikdə elektronların deyil, neytronların olduğu ancaq o tarixdə kəşf oluna bildi. Həmin il Çedvik (Chadwick) adlı tanınmış elm adamı neytronun varlığını kəşf edərək Nobel mükafatını qazandı. Beləliklə də, bəşəriyyət yaxın bir tarixdə atomun daxili quruluşu ilə tanış oldu.
Atom nüvəsinin nə qədər kiçik olduğundan daha əvvəl danışmışıq. Atom nüvəsinin içinə yerləşə bilən bir protonun ölçüsü isə 10-15 metrdir.
Sizə elə gələ bilər ki, bu qədər kiçik bir zərrəciyin insan həyatında heç bir rolu yoxdur. Ancaq, insan ağlının xəyal belə edə bilmədiyi kiçik olan bu zərrəciklər əslində ətrafınızda gördüyünüz hər şeyin təməlidir.
Kainatdakı müxtəlifliyin qaynağı
Bu günə qədər elmə 109 kimyəvi element məlumdur. Bütün kainat, dünyamız, canlı-cansız bütün varlıqlar, bütün bunların hamısı bu 109 elementin müxtəlif formalarda birləşməsindən yaranıb. Bura qədər bütün elementlərin bir-birinin bənzəri olan atomlardan yarandığını gördük; atomlar da öz növbəsində, eyni zərrəciklərdən ibarət idi. Yaxşı, bir halda ki, bütün elementləri əmələ gətirən atomlar eyni zərrəciklərdən ibarətdirlər, onda həmin elementləri fərqli edən, maddəni sonsuz çeşidlərə salan nədir?.
Əslində elementləri bir-birindən fərqləndirən amil atomların nüvəsindəki protonların sayıdır. Ən yüngül element olan hidrogen atomunda 1 proton, ikinci yerdə gələn helium atomunda 2 proton, qızıl atomunda 79, oksigendə 8, dəmirdə 26 proton var. Qızılı dəmirdən, dəmiri oksigendən ayıran özəllik də elə budur - atomlardakı protonların sayı. Nəfəs aldığımız hava, vücudumuz, hansısa bitki və ya heyvan, kainatdakı planetlər, canlı-cansız, acı-şirin, duru-qatı... - bunların hamısı nəticədə proton-neytron-elektronlardan əmələ gəlirlər.
Fiziki varlığın sərhədi - kvarklar
Vur-tut 20 il bundan əvvələ qədər atomun ən kiçik tərkib hissələrinin proton və neytronlar olduğu sanılırdı. Ancaq çox yaxın bir tarixdə bəlli oldu ki, onların özləri də daha kiçik zərrəciklərdən ibarətdir.
Bu kəşfdən sonra atomun içindəki “alt zərrəciklər” və onların özünəməxsus hərəkətini öyrənmək üçün elementar zərrəciklər fizikası meydana gəldi. Elementar zərrəciklər fizikası tərəfindən aparılan araşdırmalar göstərdi ki, həqiqətən də, atomu əmələ gətirən proton və neytronlar özləri “kvark” adlanan daha kiçik zərrəciklərdən ibarətdir.
İnsan ağlının qavraya bilməyəcəyi qədər kiçik olan protonu əmələ gətirən kvarkların ölçüsü isə daha da heyrətvericidir: 10-18 (0,000000000000000001) metr.
Protonun içindəki kvarklar heç vaxt bir-birlərindən çox uzaqlaşa bilməzlər, çünki onlar arasında rezin bant kimi bir qüvvə var. Kvarkların arasındakı məsafə artdıqca bu qüvvə də şiddətlənir və nəticədə iki kvark bir-birindən ən çox kvadrilyonda bir metr qədər aralana bilir. Kvarklar arasındakı bu rezin bağlar, digər bir zərrəcik növü olan "qlüon"lardır. Kvarklarla qlüonlar bir-birləri ilə son dərəcə sıx əlaqədədir. Ancaq elm adamları hələ ki, bu əlaqənin nəyin sayəsində mümkün olduğunu aydınlaşdıra bilməyiblər.
“Elementar zərrəciklər fizikası” heç dayanmadan zərrəciklər aləmini işıqlandırmaq üçün araşdırmalar aparır. Yaranmasının üstündən minlərlə il keçmiş insan oğlu, sahib olduğu ağıl və şüura baxmayaraq, özüylə birlikdə hər şeyi təşkil edən təməl elementi hələ təzə-təzə kəşf edir. Üstəlik, bu təməl elementin aləminə girdikcə incəliklər daha da artır, insan isə “kvark” adı verdiyi zərrəciklərin 10-18 m-lik sərhəddində ilişib qalır. Yaxşı, bəs onda bu sərhəddin o üzündə nələr var?
Bu gün elm adamları qoyulan suala cavab vermək üçün müxtəlif tezislər irəli sürürlər, amma yuxarıda da dediyimiz kimi, həmin sərhəd fiziki kainatın son nöqtəsidir. Bundan o tərəfdəki varlıqlar daha maddə yox, ancaq enerji şəklində mövcud ola bilirlər. Önəmli məsələ isə insanın bütün texnoloji imkanlarına baxmayaraq, yenicə kəşf etdiyi bu məkanda fiziki qanunların dəqiq saat kimi işləməsidir. Üstəlik, bu məkan bütün kainatdakı maddələrin, həmçinin insanın da təməli olan atomun içidir. İnsan isə öz bədənindəki orqanlarda, sistemlərdə daimi işləyən bu qüsursuz mexanizmdən hələ yenicə xəbər tutmağa başlayıb. Bunları təşkil edən hüceyrələrin mexanizmləri isə, ancaq son bir neçə on il ərzində öyrənilmişdir. Hüceyrənin təməlindəki atomların, atomların daxilindəki proton və neytronların və bunların da içindəki kvarkların mexanizmləri isə, inanıb inanmamağından asılı olmayaraq, hamını heyrətə salacaq qədər mükəmməldir. Çox əhəmiyyətli bir məqam isə, bütün bu qüsursuz mexanizmlərin həyatımız boyu heç xəbərimiz belə olmadan, çox müntəzəm şəkildə çalışmasıdır. Bütün bunların üstün bir iradəyə sahib bir Yaradıcı tərəfindən yaradıldığı və Onun tərəfindən də nəzarət altında saxlanıldığı, vicdan sahibi, ağıllı hər adam üçün çox açıq bir həqiqətdir.
Atomun digər tərəfi: Elektronlar
Elektronlar nüvənin ətrafında müəyyən orbitlər üzrə dayanmadan fırlanan zərrəciklərdir və nüvəni elektrik yükündən meydana gələn bir zireh kimi əhatə edərlər. Elektronları daha yaxından araşdırma və onlara baxa bilmə imkanımız olsaydı, onların eynilə dünyamız kimi hərəkət etdiklərini görərdik. Bəli; elektronlar eynilə dünyanın günəş ətrafında fırlanarkən eyni zamanda öz ətrafında fırlanması kimi fırlanarlar.
Ancaq, şübhəsiz ki, elektronların böyüklüyü dünyanın böyüklüyündən çox fərqlidir. Əgər bir müqayisə aparmaq lazım gəlsə; bir atomu dünya qədər böyütsək, bir elektron yalnız bir alma ölçüsünə gələcəkdir - deyə bilərik.
Ən güclü mikroskopların belə göstərə bilməyəcəyi qədər kiçik bir sahədə dönüb-dolaşan onlarla elektron atomun daxilində çox qarışıq bir nəqliyyat sıxlığı yaradır. Ancaq, elektronlar atomun içində ən kiçik bir qəzaya yol verməzlər. Üstəlik atomun içində baş verəcək ən kiçik bir qəza atom üçün fəlakət ola bilər, amma atom, öz aqibətini gətirəcək bu fəlakəti heç vaxt yaşamaz və öz varlığını davam etdirir.
Nüvənin ətrafında saniyədə 1000 km. kimi ağlasığmaz bir sürətlə heç dayanmadan fırlanan elektronlar, bir dəfə belə bir-birləri ilə toqquşmurlar. Bu vəziyyət, bunların böyük bir nizam içində olduqlarını, bizim "orbit" adını verdiyimiz yollarda hərəkət etdiklərini göstərir. Halbuki, bir-birlərinin eynisi olan elektronların fərqli orbitlərdə hərəkət etmələrinin "dizayn" xaricində bir izahı ola bilməz. Kütlələri və sürətləri bir-birlərindən fərqli planetlərin günəş ətrafında sıralandığı günəş sistemimizdə çox açıq bir dizayn görüldüyü bir halda, tamamilə bir-birinə bənzər elektronların niyə nüvənin ətrafında fərqli orbitlərə sahib olduqları, yollarını azmadan bu orbitlər üzrə hərəkət etdikləri, ağlasığmaz kiçik ölçülərdə ağlasığmaz böyük sürətləriylə necə toqquşmadıqları sualları bizi bir nöqtəyə aparır. Bu nöqtədə tapacağımız yeganə güc, Allahın qüsursuz yaratmasıdır.
Elektronlar, neytron və protonların demək olar ki, iki mində bir hissəsi qədər kiçik zərrəciklərdir. Bir atomda, protonlarla eyni sayda elektronlar olar və hər elektron hər bir protonun daşıdığı müsbət (+) yükə bərabər ölçüdə mənfi (-) yük daşıyar. Nüvədəki ümumi müsbət (+) yük ilə elektronların ümumi mənfi (-) yükü bir-birini tarazlayır və atom neytral vəziyyətdə olur.
Elektronlar, daşıdıqları elektrik yükü etibarilə bəzi fizika qanunlarına riayət etməlidirlər. Bu fizika qanunları “eyni elektrik yüklərinin bir-birini itələməsi və əks yüklərin bir-birini cəzb etməsi”dir.
İlk növbədə; normal şərtlərdə hamısı mənfi yüklə yüklənmiş elektronlar bu qanuna tabe olub bir-birlərini itələməli və nüvənin ətrafından dağılışıb getməlidirlər. Ancaq vəziyyət belə olmaz. Əgər elektronlar nüvənin ətrafından dağılışsaydılar, bütün kainat boşluqda dolaşan, proton, neytron və elektronlardan ibarət olardı. Bu vəziyyət də təbii olaraq, kainatın sonunu gətirərdi.
İkinci olaraq; nüvə, müsbət yükə sahib olduğu üçün, mənfi yüklü elektronları özünə cəzb etməli və elektronlar da nüvəyə yapışmalıdırlar. Belə bir vəziyyətdə də nüvə bütün elektronları özünə çəkər və atom içinə çökər.
Ancaq bu mənfiliklərin heç biri yaşanmaz! Elektronların bir qədər əvvəl ifadə etdiyimiz (1.000 km/s) fövqəladə hərəkət sürəti, bunların bir-birlərinə tətbiq etdiyi itələyici qüvvə və nüvənin elektronlara tətbiq etdiyi cazibə qüvvəsi o qədər həssas qiymətlər üzərinə qurulmuşdur ki, bu üç zidd amil bir-birini mükəmməl şəkildə tarazlayır. Nəticədə atomdakı bu böyük sistem dağılıb parçalanmadan öz işinə davam edər. Atoma təsir edən bu qüvvələrdən birinin gücünün olması lazım olandan bir az artıq və ya az olması atom deyə bir anlayışın heç vaxt mövcud olmamasına səbəb olardı.
Bu faktorlarla yanaşı, nüvədəki protonları və neytronları bir-birinə bağlayan nüvə qüvvələri olmasaydı, bərabər yükə sahib protonlar nəinki bağlanmaq, hətta bir-birlərinə belə yaxınlaşa bilməyəcəkdilər. Neytronlar da nüvəyə heç bir şəkildə bağlanmayacaqdı. Bunun nəticəsində nüvə, dolayısilə də atom deyə bir şey olmayacaqdı.
Bütün bu dəqiq hesablamalar, tək bir atomun belə öz başına buraxılmayıb üstün bir iradənin idarəsi altında hərəkət etdiyinin bir göstəricisidir. Əks təqdirdə içində yaşadığımız kainatın sonunun gəlməsi qaçınılmaz olardı. Hətta hələ başlanğıcda meydana gəlməsi belə qeyri-mümkün idi. Ancaq hər şeyin Yaradıcısı, sonsuz güc və elm sahibi olan Allah, kainatdakı bütün tarazlıqlar kimi, atomun içində də çox həssas tarazlıqlar qurmuşdur və bu sayədə atom, ehtişamlı nizamı ilə varlığını davam etdirir.
Allahın yaratdığı bu tarazlığın sirri, elm adamları tərəfindən illər boyu araşdırılaraq açılmağa çalışılmış və sonunda müşahidə edilən hadisələrə müxtəlif adlar verilərək guya açıqlanmış sayılmışdır: "Elektromaqnit qüvvə", "güclü nüvə qüvvəsi", "zəif nüvə qüvvəsi", "qravitasiya qüvvəsi", və s. kimi. Ancaq, kitabın girişində də qeyd etdiyimiz kimi, heç kim "Niyə?" sualı üzərində düşünməmişdir. Məsələn, niyə eyni protonların (bərabər yükə sahib olduqlarından ötrü) bəzən bir-birlərini itələdikləri, bəzən də (bərabər yükə sahib olduqları halda) bir-birlərini qüvvə ilə çəkdikləri elm dünyasında cüzi heyrət ifadələriylə sovuşdurulmuşdur.
Əslində bu vəziyyət fizika qanunları içində məntiqi bir ziddiyyət meydana gətirir. Çünki ümumi bir fizika qanununa görə "bərabər yüklər bir-birlərini itələyir!". Yaxşı, bəs onda niyə bu vəziyyət nüvədə tərsinə işləyir və bir-birlərindən kəskin şəkildə uzaqlaşmalı olduqları halda, niyə bərabər yüklü protonlar, böyük bir güclə bir-birlərini cəzb edib bağlanırlar. Nüvədəki proton da, sərbəst haldakı proton da eyni protondur.
Strukturlarında ən kiçik bir fərq yoxdur. Onda itələmə və cəzb etmə qüvvələrinin protonun özündən qaynaqlandığı qəbul edilsə, proton hər dəfə bu iki qüvvədən birini tətbiq etməlidir. Bəzən elektromaqnit qüvvəylə birini itələməsinin, bəzən də nüvə qüvvəsiylə bir-birini cəzb etməsinin fiziki çərçivədə heç bir məntiqi yoxdur. Ətrafda protonun belə müxtəlif şəkillərdə davranmasını tələb edən başqa fiziki faktorlar da yoxdur. Deməli, bu qüvvələr protonun özündən qaynaqlanmır. Ortada tək bir qüvvə var, o da bütün güc və qüdrət özündə olan Allaha aid bir qüvvədir. Allah istədiyi anda istədiyi nöqtədə qüdrətini təzahür etdirir. Müxtəlif zamanlarda, müxtəlif vəziyyətlərdə Allahın qüvvəti müxtəlif formalarda əks olunur. Ən kiçik atomundan ucsuz-bucaqsız qalaktikalara qədər bütün kainat da ancaq Allahın diləməsi və hər an ayaqda saxlaması ilə öz varlığını davam etdirir.
Allah, Quranda özündən başqa qüvvət olmadığını vurğulayarkən (Kəhf surəsi, 39), bunu dərk etməyib də Allahın, qüdrətini özlərində əks etdirdiyi aciz varlıqları (istər canlı, istərsə də cansız olsun), Allah kimi güc və qüvvət sahibi sanaraq, o varlıqlara ilahi xüsusiyyətlər yükləyənlərin aqibətini belə bildirir:
Bu günə qədər heç bir elm adamı atomdakı, dolayısilə kainatdakı qüvvələrin səbəbini, qaynağını və nə üçün müəyyən hallarda müəyyən qüvvələrin meydana gəldiyini izah edə bilməmişdir. Elmin etdiyi şey, yalnız həqiqətləri müşahidə etmək və bunları ölçüb bir "ad" qoymaqdır.
Bu cür “ad qoymalar” elm dünyasında böyük kəşflər kimi qiymətləndirilir. Halbuki, elm adamları kainatda yeni bir tarazlıq meydana gətirməyə, yeni bir sistem qurmağa deyil, yalnız kainatda var olan mövcud tarazlığı qavrayıb sirrini açmağa çalışırlar. Edilən şey də əsasən Allahın kainatdakı saysız yaradılış möcüzələrindən birini bir ucundan müşahidə edib buna bir ad verməkdən ibarətdir. Allahın yaratdığı üstün bir sistemi və ya quruluşu kəşf edən, müəyyənləşdirən bir elm adamı müxtəlif elmi mükafatlara layiq görülər, ucaldılar, insanlar arasında özünə heyranlıq bəslənər. Bu vəziyyətdə o quruluşu yoxdan var edən, onu ağlasığmaz dərəcədə həssas tarazlıqlar və mürəkkəb hesablama nümunələriylə təchiz edən və bunun kimi daha bir çox, fövqəladə xariqələr yaradan bir Yaradıcının nə qədər sonsuz bir tərif və ucaltmağa layiq olduğunu anlamaq heç də çətin deyil.
Elektronların orbiti
Ən güclü mikroskopların belə göstərə bilməyəcəyi qədər kiçik bir sahədə fırlanıb-duran onlarla elektron, daha əvvəl də ifadə edildiyi kimi atomun içində olduqca sıx nəqliyyat hərəkəti yaradır. Ancaq bu, ən nizamlı şəhər nəqliyyat hərəkətindən belə daha nizamlıdır və elektronlar heç bir şəkildə bir-birləriylə toqquşmaz. Çünki elektronların hər birinin ayrı-ayrı orbitləri vardır və bu orbitlər heç vaxt üst-üstə düşmür.
Əsla dəyişməyən bu yeddi orbitdəki elektron sayı da bir riyazi düsturla müəyyənləşdirilmişdir: 2n2. Atomların bütün orbitlərində ola biləcək maksimum elektron sayı məhz bu düsturla sabitlənmişdir (düsturdakı "n", orbitin nömrəsini bildirir).
Kainatı meydana gətirən sonsuz sayda atomun elektron orbitlərinin əsla səhvliyə yol vermədən müəyyən sayda qalmaları bir nizamın göstəricisidir. Hər orbitdəki elektron sayının 2n2 düsturuna uyğun gəlməsi bir nizamın göstəricisidir. Elektronların inanılmaz sürətlə hərəkət edib qarışıqlıq çıxarmamaları da bir nizamın göstəricisidir. Bu elə bir nizamdır ki, heç vaxt təsadüflərlə meydana gəldiyi iddia edilə bilməz. Təsadüf amili heç vaxt belə bir nizamın yaranma səbəbi kimi göstərilə bilməz. Bu nizamın tək etibarlı izahı Quranda bildirildiyi kimi Allahın hər şeyi qüdrətinin bir təcəllisi olaraq nizam və intizam içində yaratmış olmasıdır. Bu nizamdan bəhs edən bəzi ayələri belə sıralaya bilərik:
Ayələrdən aydın olduğu kimi aləmlərin Rəbbi olan Allahın, hər şeyi mükəmməl bir ölçü, hesab və nizam içində yaratma xüsusiyyəti vardır. Bu ölçü və hesab atomun ən kiçik zərrəciyindən kosmosdakı nəhəng göy cisimlərinə, günəş sistemlərinə və qalaktikalara qədər, bunların arasındakılar da daxil olmaqla, bütün varlıqlar aləmini öz içinə alır. Bu da Allahın sonsuz gücünün, elminin, sənətinin və hikmətinin bir nəticəsidir. Allah, yaratdığı varlıqlar və sistemlərdəki mükəmməl ölçü, nizam, tarazlıq və hesablarla bu sifətlərini insanlara tanıdar. Sonsuz qüdrətini gözlər önünə sərər. Məhz bütün elmi araşdırmalar, hesablamalar insanı bu əsl həqiqətə çatdırmalıdır. Əldə etdiyi məlumatlardan bu ən əhəmiyyətli həqiqətə çata bilməyən elm adamlarının vəzifəsi də, bu həqiqətə çatan insanlar, yəni inananlar üçün, ömürləri boyunca vəsait toplayıb, Rəbbinin ayələrini, varlıq dəlillərini, onları təqdir edə biləcək möminlərin gözləri önünə sərməkdir. Allah özünə inanmadığı halda elmlə məşğul olanları da bu şəkildə möminlərin xidmətinə vermişdir. Eynilə, bir vaxtlar şeytanları və cinləri hz. Süleymanın xidmətinə verməsi kimi... Məsələn, uzun bir yoldan bir krala, kisələr dolusu qiymətli əşya daşıyan bir dəvənin, atın və ya eşşəyin nə qədər qiymətli bir yük daşıdığını bilməsinin olduqca əhəmiyyətsiz bir şey olduğu kimi. O yalnız özünə yüklənən vəzifəni yerinə yetirmiş, kralına xidmət etmişdir. Həyatlarını elmə həsr etdikləri halda Yaradıcının varlıq dəlillərindən xəbərsiz ateist elm adamlarının vəziyyəti də bu nümunədəkindən elə də fərqli deyil.
Dalğamı, zərrəcikmi?
Kəşf edildikləri ilk zamanlarda, elektronların zərrəcik olduqları düşünülürdü. Ancaq daha sonra aparılan təcrübələrdə eynilə işıq (fotonlar) kimi dalğa xüsusiyyətlərinə də sahib olduqları ortaya çıxdı.
İşığın, eynilə hovuza atılan bir daşın su səthində əmələ gətirdiyi dalğalar kimi yayıldığı məlumdur. Ancaq işıq, bəzən, sanki maddi zərrəcik xüsusiyyəti daşıyır və pəncərə şüşəsinə vuran yağış damlaları kimi kəsik-kəsik, fasiləli olaraq yayılır. Məhz eyni proses bu dəfə elektronda da yaşandı. Təbiidir ki, bu vəziyyət elm dünyasında böyük bir qarışıqlıq yaratdı. Bu qarışıqlıq tanınmış Nəzəri fizika professoru Richard P. Feynmanın sözləriylə belə aradan qalxdı:
“Elektronların və işığın necə davrandıqlarını artıq bilirik. Necə mi davranırlar?. Zərrəciklər kimi davrandıqlarını desəm səhv təəssürat yaratmış olaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şeyi etmiş olaram. Onlar özlərinə məxsus, bənzərsiz bir şəkildə hərəkət edirlər. Buna texniki cəhətdən; "kvant mexaniki davranış forması" deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç bir şeyə bənzəməyən bir davranış formasıdır...... Bir atom, bir yayın ucuna asılmış, sallanan bir ağırlıq kimi davranmaz. Kiçik planetlərin öz orbitləri üzərində hərəkət etdiyi miniatür bir günəş sistemi modeli kimi də davranmaz. Nüvəni əhatə edən bir bulud və ya duman təbəqəsinə də elə də bənzəməz. Daha əvvəl gördüyünüz heç bir şeyə bənzəməyən bir şəkildə davranır. Ən azından bir sadələşdirmə apara bilərik: elektronlar bir mənada eynilə fotonlar kimi davranırlar; ikisi də "qəribədir", amma eyni şəkildədirlər. Necə davrandıqlarını qəbul etmək bir xeyli xəyal gücü tələb edir; çünki açıqlayacağımız şey bildiyimiz hər şeydən fərqlidir”.
Elm adamları, elektronların bu şəkildə davranmalarını heç bir şəkildə izah edə bilmədikləri üçün, çıxış yolu olaraq bu hərəkətə yeni bir ad qoymuşlar: “kvant mexaniki hərəkəti”. Bu məqamda görülən fövqəladəliyi və elmin yaşadığı heyrəti yenə professor Feynmanın qələmindən nəql edirik:
“Sizə təbiətin necə davrandığını izah edəcəyəm. Bu şəkildə davrana biləcəyini qəbul etdiyiniz təqdirdə, o sizə çox sevimli və cazibədar gələ bilər. Əgər edə bilsəniz, özünüzə davamlı "Amma bu necə ola bilər?" deyə sual verməyin; çünki boşuna səy göstərmiş olarsınız; indiyə qədər heç kimin çıxa bilmədiyi çıxmaz küçəyə girərsiniz. Bunun niyə belə olduğunu heç kim bilmir.”
Ancaq, burada Feynmanın qeyd etdiyi; "çıxılmaz dalan" əslində çıxılmaz deyil. Burada bəzilərinin bir cür işin içindən çıxa bilməməsinin səbəbi, ortadakı açıq dəlillərə baxmayaraq, bu inanılmaz sistemlərin və tarazlıqların dərrakəli və şüurlu bir Yaradıcı tərəfindən yaradıldığını qəbul edə bilməmələridir. Halbuki, vəziyyət olduqca açıqdır: Allah kainatı yoxdan meydana gətirmiş, fövqəladə tarazlıqlara əsaslanan və nümunəsiz şəkildə yaratmışdır. İçindən heç cür çıxıla bilməyən, başa düşülə bilməyən və elm adamlarının hər fürsətdə; "amma bu necə ola bilər?" deyə öz özlərinə verdikləri sualın cavabı, hər şeyin yaradıcısının Allah olmasında yatır.
Elektronların digər bir funksiyası: Rənglər
Zülmət bir dünyada yaşamaq necə olardı deyə heç düşündünüzmü?. Bədəniniz, ətrafınızdakı insanlar, dənizlər, göy, ağaclar, çiçəklər, bir sözlə, hər şeyin qapqara olduğunu gözünüzdə bir canlandırın. Belə bir yer üzündə yaşamağı heç istəməzdiniz, elə deyilmi?.
Yaxşı, bəs onda yer üzünü rəngli edən nədir?. Dünyamızı fövqəladə gözəl edən rənglər necə əmələ gəlir?.
Maddənin quruluşunda iştirak edən, bir qədər sonra görəcəyimiz xüsusiyyətlər bizim maddəni rəngli şəkildə qəbul etməyimizə gətirib çıxarar. Bəli; rənglər, elektronların atom içindəki bəzi hərəkətlərinin bir funksiyası kimi meydana gələr. “Elektronların hərəkətiylə rənglərin nə əlaqəsi ola bilər?” deyə düşünə bilərsiniz. Bu əlaqəni dərhal qısa şəkildə açıqlayaq.
Elektronlar yalnız müəyyən orbitlərdə fırlanarlar. Bu orbitlərin sayının 7 olduğundan bir qədər əvvəl danışmışıq. Hər bir orbit müəyyən bir enerji səviyyəsinə malikdir. Haqqında danışılan bu enerji səviyyəsi orbitin nüvədən olan uzaqlığından asılı olaraq dəyişir. Bir orbit nüvəyə nə qədər yaxındırsa elektronun enerjisi o qədər az, nüvədən nə qədər uzaqdırsa enerjisi o qədər yüksək olar.
Elektronların orbitlərinin hər birinin altında da "alt orbitlər" vardır. Elektronlar, yerləşdikləri orbitin "alt orbitləri" arasında səyahətlər edərlər. Necə mi?.
Elektronlar yerləşdikləri alt orbitdən digər bir yüksək enerjili alt orbitə tullanarlar. Bir qədər yüksək enerjili alt orbitdə boş bir yer olanda elektron birdən-birə ortadan yox olar və təəccüblü bir şəkildə həmin yerdə təkrar ortaya çıxar. Ancaq elektron bunu edərkən xaricdən çox əhəmiyyətli bir dəstək alar: Enerji. Elektron yerləşdiyi orbitdən daha yüksək enerjili alt orbitə sıçrayarkən bu iki enerji səviyyəsinin arasındakı fərq qədər kənardan enerji qəbul etmək məcburiyyətindədir. Həmin orbitin tələb etdiyi enerji səviyyəsinə sahib olmadan elektron bu orbitə sıçraya bilməz. Elektronun kənardan qəbul etdiyi enerji "foton"dur.
Foton, ən sadə izahatla; "bir işıq zərrəciyidir"dir. Kainatdakı ulduzların hamısı bir foton mənbəyidir, Dünyamız üçünsə ən əhəmiyyətli mənbə, əlbəttə ki, Günəşdir. Fotonlar Günəşdən saniyədə 300.000 km. sürətlə bütün kosmosa yayılır. Yaxşı, artıq işıq ilə bir qədər əvvəl bəhs etdiyimiz elektronların hərəkətləri arasında necə bir əlaqənin olduğunu dərhal izah edək.
Bir cismin rəngi, həqiqətdə o cisimdən əks olunaraq, gözümüzə gəlib çatan işıqların bir qarışığıdır. Ümumiyyətlə özü işıq yaymayan və günəşdən aldığı işığı əks etdirən bir cismin rəngi, həm aldığı işıqdan, həm də bu işıq üzərində apardığı dəyişiklikdən asılıdır. Ağ işıqla işıqlandırılan cisim "qırmızı" görünürsə, deməli onda, o günəş işığındakı qarışığın böyük hissəsini udur və yalnız qırmızını əks etdirir. Burada "udma"dan nəzərdə tutulan budur:
Yuxarıda da ifadə etdiyimiz kimi atomdakı hər bir orbitin altında bir də alt orbitlər vardır və elektronlar bu alt orbitlər arasında səyahət edərlər. Hər alt orbitin bir enerji səviyyəsi vardır və elektron yerləşdiyi alt orbitin enerji səviyyəsi qədər enerji daşıyar. Orbitlər nüvədən uzaqlaşdıqca enerjiləri də artar. Elektron, yerləşdiyi alt orbitdən yuxarıdakı başqa bir alt orbitdə, 1 elektronluq boş yer olduğunda bir anda yoxa çıxar və yüksək enerjili alt orbitdə ortaya çıxar. Yalnız elektronun bu hərəkəti edə bilməsi üçün enerjisini keçdiyi alt orbitin tələb etdiyi enerji səviyyəsinə çatdırmalıdır. Elektron öz enerjisini artırmalıdır ki, bunu da foton udaraq edər. Bəli, elektron eynilə bu iki alt orbit arasındakı enerji fərqi qədər enerjiyə sahib işıq zərrəciyi olan fotonu udar. Daha sonra da təkrar əvvəlki orbitinə geri qayıdar. Bu hərəkət daim davam edər...
Günəşdən çox müxtəlif enerji səviyyələrinə sahib fotonlar gəlir. Ancaq, bu fotonlar arasındakı görünən işıq, çox kiçik bir intervalı əhatə edir. Günəşdən gələn işıq zərrəcikləri maddəyə toxunduqda, məhz işığın bir qismi yuxarıda izah etdiyimiz kimi maddə tərəfindən udular, udulmayan digər qisim isə maddəyə dəyib çölə, geriyə əks olunar. Nəhayət, cisimdən əks olunan işıq gözümüzün torlu qişasına düşər. Torlu qişaya düşən bu işıq elektrik cərəyanına çevrilər və beynimizə qədər gəlib çatıb görüntünü meydana gətirər.
Vəziyyəti bir neçə nümunə ilə daha aydın hala gətirə bilərik: Sarı rəngli bir morfo (ingiliscə morpho) kəpənəyini götürək. Kəpənəkdəki pterin adı verilən piqmentlər, sarı rəng istisna olmaqla günəş işığındakı bütün rəngləri udur. Kəpənəyə dəyib kəpənəkdəki piqment molekulunun elektronları tərəfindən udulmadan çölə əks etdirən işıq zərrəcikləri, sahib olduqları enerji sarı rəngi meydana gətirdiyi üçün beynimiz tərəfindən sarı rəng kimi qəbul edilir.
Cismin rəngi, işıq mənbəyindən gələn işığın xüsusiyyətindən və həmin cismin bu işığın nə qədərini geriyə əks etdirdiyindən asılıdır. Məsələn, bir paltarın rəngi, günəş işığında və ya bir mağazada baxıldığında eyni olmur. Əgər bir cisim beynimiz tərəfindən qara rəngli kimi qəbul edilirsə, deməli artıq o, günəşdən gələn işığı udur və geriyə heç işıq əks etdirmir. Eynilə əgər cisim günəşdən gələn işığın hamısını birdən geriyə əks etdirir və heç işıq udulmursa beynimiz tərəfindən o ağ rəngli qəbul edilir. Bu vəziyyətdə üzərində diqqətlə düşünülməsi lazım gələn şeylər bunlardır:
1-Cismin rəngi, işıq mənbəyindən gələn işığın xüsusiyyətlərindən asılıdır.
2-Cismin rəngi, öz quruluşundakı molekulların elektronlarının hərəkətindən, bu elektronların hansı işığı udub hansını udmayacağından asılıdır.
3-Cismin rəngi, torlu qişaya düşən fotonu beynimizin necə qəbul edəcəyindən asılıdır.
Bu şərtlər altında, gördüyümüzün cismin həqiqi halı olduğunu əsla deyə bilmərik. Cismin rəngi mütləq nisbidir və gördüyümüz rəngin hansı mərhələdəki halının həqiqi olduğundan əmin ola bilmərik.
Bu nöqtədə bir dəfə daha dayanıb bir düşünək.
Gözlə görülməyəcək qədər kiçik bir maddə olan atomun nüvəsinin ətrafında inanılmaz bir sürətlə fırlanan elektronlar, yerləşdikləri orbitlərindən bir anda qeybə çəkilib alt-orbit adı verilən digər bir məkana keçirlər. Bu keçid üçün alt-orbitdə boş bir yerin olması da vacibdir. Bu əsnada ehtiyac duyduqları enerjini foton udmaqla təmin edirlər. Sonra əsl orbitlərinə geri qayıdırlar. Bu hərəkət əsnasında insan gözünün qəbul edə biləcəyi rənglər meydana gəlir. Üstəlik sayları trilyonlarla ifadə edilə biləcək qədər çox atom, üstəlik hər saniyə heç dayanmadan bunu edir. Biz də heç kəsilməz bir "görüntü" əldə edirik.
Bu möhtəşəm mexanizm, insanın hazırladığı heç bir mexanizmin işləyişinə bənzədilə bilməz. Məsələn, bir saat özü-özlüyündə çox mürəkkəb bir mexanizmdir və vaxtın düzgün şəkildə işləyə bilməsi üçün bütün hissələrin (çarxlar, dişli çarxlar, vintlər, boltlar, və s.) doğru yerlərdə, doğru şəkildə olması vacibdir. Bu mexanizmdəki ən kiçik bir ləngimə, saatın işləyişinə zərər verər. Lakin atomun quruluşunu və elektronların yuxarıda izah etdiyimiz mexanizmini, işləyişini düşündükdə, bir saatın quruluşu bunun yanında çox əhəmiyyətsiz bir şey kimi qalır. Dediyimiz kimi bu mexanizm insanın meydana gətirdiyi heç bir sistemlə müqayisə edilməyəcək qədər mürəkkəb, mükəmməl və nizamlıdır. Yaxşı, bəs onda olduqca sistemli şəkildə işləyən, heç ləngimədən öz işinə davam edən belə bir sistem öz-özünə, təsadüflər nəticəsində meydana gələ bilərmi?, yaxud belə bir sual verək: Tənha bir səhrada hərəkət edərkən yerdə işləyən bir saat görsəniz, onun toz, torpaq, qum və daşlardan təsadüf nəticəsində meydana gəldiyini düşünərsinizmi?. Bunu heç kim düşünməz, çünki saatdakı dizayn və ağıl hər cəhətdən göz qabağındadır. Halbuki, bir atomdakı dizayn və ağıl, yuxarıda da söylədiyimiz kimi insanın meydana gətirdiyi hər hansı bir mexanizmlə müqayisə edilməyəcək qədər üstündür. Bu ağlın sahibi də böyük elm sahibi, Bilən, Görən və Yaradan Allahdır.
Bu hissədə bizə verilən ən böyük nemətlərdən biri olan rənglərin necə meydana gəldiyini öyrəndik. “Rəng” anlayışının yaranmasından da aydın olduğu kimi, Allah gördüyümüz və görə bilmədiyimiz hər yeri sonsuz bir sənət nümunəsiylə yaratmış və bizim xəbərimiz belə olmadığı halda saysız səbəbi bizim buyruğumuza vermişdir. Daha əvvəldən heç bilmədiyimiz, bəlkə də, öyrənməyi heç ağlımıza gətirmədiyimiz rənglər mövzusu, elm inkişaf etdikcə bu qədər təfərrüatlı şəkildə bizə çatdırılır. Elmin, ağıl və vicdan sahibi hər insanın Allahın varlığına inanmasına vəsilə olacağı bir həqiqətdir. Bütün bunlara baxmayaraq, kainatın hər nöqtəsində görülən üstün sənət nümunələrini və ağlı görməzlikdən gələn insanlar ola bilər. Tanınmış elm adamı Louis Pasteur bu mövzuyla əlaqədar maraqlı bir şey müyyənləşdirmişdir: "Elmin azı Allahdan uzaqlaşdırır, amma çoxu Ona aparır".
Budur, bizim də ətrafımızda baş verən saysız hadisəylə əlaqədar məlumatımız artdıqca hər keçən gün Allahın elminə olan heyranlığımız da artır. Bu heyranlıq isə Allahın sonsuz qüdrətini, gücünü mümkün olduğu qədər dərk etmə və dolayısilə Ondan lazım olduğu kimi qorxub-çəkinmə yolunda olan çox əhəmiyyətli bir addımdır. İnsanın texniki məlumatı artdıqca, Allahın özünü hər cəhətdən əhatə etdiyini, göydən yerə hər işi onun nizama qoyduğunu, idarəsi altında saxladığını, canının bir gün mütləq alınacağını və dünyada etdiklərindən ötrü haqq-hesaba çəkiləcəyini qavraya bilər. Quran bu vəziyyəti bir ayədə belə açıqlayır:
(Fatir surəsi, 27-28)