Buraya qədər, atomu meydana gətirən bütün zərrəcikləri öyrəndik. Bunların bir çox xüsusiyyətlərini gördük. İndi bu zərrəciklərin, daha əvvəl bəhs etmədiyimiz ortaq bir xüsusiyyətini ələ alacağıq: Spin fırlanması.
Atomu meydana gətirən zərrəciklərin öz oxları ətrafında fövqəladə bir sürətlə fırlanmalarına "spin" adı verilir. Zərrəciklərin spin hərəkəti ilk dəfə 1925-ci ildə kəşf edildi və bu fırlanma hərəkəti "Pauli prinsipi" olaraq xatırlanmağa başlandı. Bu prinsipə görə, iki oxşar zərrəcik eyni vəziyyətə sahib ola bilməz, yəni qeyri-müəyyənlik prinsipinin təyin etdiyi sərhədlər çərçivəsində həm eyni mövqedə, həm də eyni sürətdə ola bilməzlər. Bu prinsipi bu şəkildə izah edə bilərik: Atom olduqca kiçik bir quruluşdur və o kiçik quruluşun içində də çox qarışıq nəqliyyat hərəkəti vardır. Bu quruluşu meydana gətirən bir-birinə bənzər zərrəciklərin eyni sürətdə və eyni istiqamətdə hərəkət edəcəkləri təqdirdə, nə baş verəcəyini bir düşünək:
Əvvəlcə protonu əmələ gətirən 3 kvarkı ələ alaq: 3 kvark eyni anda, eyni sürətdə və eyni istiqamətdə hərəkət etdiyi təqdirdə, artıq 3 kvark deyə bir şey qalmaz, hamısı tək bir kvark halını alar. Belə bir vəziyyətdə də protonlar meydana gəlməz və nüvə, yəni dolayısilə atom meydana gələ bilməz. Çünki kvark bir enerjidən ibarətdir. Maddə kimi eyni istiqamətdə və eyni sürətdə hərəkət edən 3 ayrı enerjinin ola bilməsi qeyri-mümkündür. Bunlar bir şəkildə bir-birlərindən ayrılmalıdırlar. Bu da, ancaq hərəkət fərqləriylə mümkün olar. Ancaq bu şərtlə, kvarklar (enerji paketləri), neytronları və protonları meydana gətirə bilər. Əgər kvarkların hamısı eyni istiqamətdə və eyni sürətdə hərəkət etsəydi, nə protonlar, nə neytronlar, nə də nüvə meydana gələ bilərdi. Nəticə etibarilə də, atomlar, molekullar dolayısilə də maddə mövcud ola bilməzdi...
Göründüyü kimi, "spin" hərəkəti, bu ana qədər gördüyümüz digər xüsusiyyətlər kimi kainatın yaranmasında olduqca mühüm bir əhəmiyyətə malikdir. Prof. Stephen Hawkingin ifadəsiylə desək;
“Əgər dünya, Pauli prinsipi olmadan yaradılsaydı kvarklar, bir-birindən ayrı və dəqiq müəyyənləşmiş proton və neytronları meydana gətirməzdi. Proton və neytronlar da elektronlarla birlikdə atomları meydana gətirməzdi. Hamısı olduqca mükəmməl, qatı bir "şorba" yaratmaq məqsədiylə birlikdə çökərdi”.
Elm bu gün atomaltı zərrəciklərin bu hərəkətlərini kəşf etmişdir, amma zərrəciklərin niyə belə hərəkət etdiklərini heç cür açıqlaya bilmir. Bu zərrəciklərin bu şəkildə hərəkət edə bilmələri üçün, onlar bu hərəkətlərinin nəticəsində atom meydana gətirəcəklərini dərk edə bilməlidirlər. Bundan sonra da necə hərəkət edəcəklərinə qərar verməli, yəni bir strategiya müəyyənləşdirməlidirlər. Hansı zərrəciyin, hansı istiqamətdə və hansı sürətdə hərəkət edəcəyi kimi olduqca təfərrüatlı bir strategiyaya ehtiyac vardır və bu strategiyaya müəyyənləşdirilər. Daha sonra sıra, bu strategiyanı kainatı meydana gətirən sonsuz saydakı zərrəciyə çatdırmağa və hamısının bu strategiyaya tabe olmalarına gəlir. Strategiya haqqda məlumat bütün zərrəciklərə çatdırılır və bütün zərrəciklər necə hərəkət etməli olduqlarını öyrənirlər.
İndi, cavablanması lazım olan çox əhəmiyyətli bir sual vardır ki, bu sual da bizi ən başa aparır: Niyə bütün zərrəciklər bu strategiyaya tabe olur, yəni ona itaət edirlər?. Niyə bir zərrəcik belə bu strategiyaya tabe olmaqdan qaçınmır?. Bütün bu zərrəciklərin, burada saydıqlarımızı tətbiq edə biləcək şüur, ağıl, iradə və zəkalarımı var?.
Kütləsi belə olmayan, yalnız enerjidən ibarət olan bu zərrəciklərin, heç şübhəsiz ki, nə özlərinə aid bir ağılları, nə də müstəqil bir iradələri ola bilər. Əsl mövcud olan şey Allahın sonsuz ağlı, sonsuz gücü və sonsuz elmidir. Allah, bütün bu zərrəcikləri özünə tabe etdirmiş və beləliklə də, kainatı yaratmışdır. Bir ayə bu həqiqəti bizə belə bildirir: