Dünyamızın üçdə iki hissəsi su ilə örtülmüşdür və yer üzündə yaşayan bütün canlıların 50-95%-i sudan ibarətdir. Qaynama nöqtəsinə yaxın istiliyə malik bulaqlarda yaşayan bakteriyalardan tutmuş, əriməkdə olan buzların üzərindəki bəzi yosunlara qədər, suyun olduğu hər yerdə və hər temperaturda həyat var. Yağışdan sonra yarpaqların üzərində qalan bir su damlasında belə minlərlə mikroskopik canlı yaşayır, çoxalır və ölür.
Yer üzündə heç su olmasaydı, o necə görünərdi?. Şübhəsiz ki, hər yer səhralardan ibarət olardı, dənizlərin yerində dibsiz və ürküdücü çuxurlar mövcud olardı. Səma da buludsuz və çox qəribə şəkildə görünərdi.
Yer üzündəki həyatın təməli olan suyun yaranması isə əslində olduqca çətindir. Əvvəlcə zehnimizdə, suyun komponentləri olan hidrogen və oksigen molekullarının bir şüşə qabın içində olduğunu canlandıraq. Onları o qabın içində çox uzun bir müddət saxlayaq. Bu qazlar qabın içində yüzlərlə il belə heç su meydana gətirməyə bilər və ya çox yavaş şəkildə, məsələn, minlərlə il sonra qabın dibində çox az miqdarda su olduğu görülə bilər.
Belə bir vəziyyətdə suyun bu qədər yavaş meydana gəlməsinin səbəbi temperaturdur. Otaq temperaturunda oksigenlə hidrogen çox ləng reaksiyaya girir.
Oksigen və hidrogen sərbəst halda H2 və O2 molekulları halında olurlar. Bu molekullar su əmələ gətirmək məqsədiylə birləşmək üçün bir-birləriylə toqquşmalıdırlar. Bu toqquşma nəticəsində, hidrogen ilə oksigen molekulunu meydana gətirən əlaqələr zəifləyir və oksigen ilə hidrogen atomlarının birləşməsi üçün bir mane qalmır. Temperatur, bu molekulların enerjisini, dolayısilə sürətlərini artırdığı üçün, toqquşmalarının sayını da böyük ölçüdə artırar. Beləliklə də, reaksiyanın sürətlə baş verməsini təmin edər. Ancaq, hal-hazırda yer üzündə suyun meydana gəlməsini təmin edəcək qədər yüksək temperatur yoxdur. Suyun meydana gəlməsi üçün lazım olan temperatur, dünya yaranarkən təmin edilmiş və dünyanın dörddə üç hissəsini meydana gətirən su o vaxt meydana gəlmişdir. Artıq bu su buxarlanaraq atmosferə qalxır, oradan da yağıntı halında yenidən yer üzünə qayıdır. Yəni mövcud miqdarda dəyişiklik olmaz, yalnız bir çevrilmə prosesi baş verər.
Su, kimyəvi cəhətdən çox inanılmaz xüsusiyyətə malikdir. Hər su molekulu hidrogen və oksigen atomlarının birləşməsindən əmələ gəlmişdir. Bir yandırıcı və bir yanan qazın birləşərək bir mayeni, özü də suyu meydana gətirməsi olduqca maraqlıdır.
Kimyəvi cəhətdən suyun necə meydana gəldiyinə gəldikdə isə; suyun elektrik yükü sıfırdır, yəni o neytraldır. Ancaq oksigen və hidrogen atomlarının böyüklüklərindən ötrü su molekullarının oksigen tərəfi bir az mənfi, hidrogen tərəfi isə bir az müsbət yüklüdür. Birdən çox su molekulu birləşdikdə müsbət və mənfi yüklər bir-birini cəzb edərək "hidrogen əlaqəsi" deyilən çox xüsusi bir əlaqəni meydana gətirərlər. Hidrogen əlaqəsi çox zəif bir əlaqədir və davam etmə müddəti, qavraya bilməyəcəyimiz qədər qısadır. Bir hidrogen əlaqəsinin davam etmə müddəti, təxminən bir saniyənin yüz milyarda bir hissəsi qədərdir. Amma əlaqələrdən biri qopduqda dərhal digər bir əlaqə meydana gələr. Beləliklə də, su molekulları bir-birlərinə yapışar və digər tərəfdən zəif bir əlaqə bir-birlərinə bağlandıqlarından axıcı olarlar.
Hidrogen əlaqəsinin suya qazandırdığı digər bir xüsusiyyət də, suyun temperatur dəyişikliklərinə müqavimət göstərməsidir. Havanın temperaturu qəfildən artsa belə suyun temperaturu yavaş-yavaş artır, eynilə havanın temperaturu qəfildən düşsə belə suyun temperaturu yavaş-yavaş düşər. Suyun temperaturunun əhəmiyyətli dərəcədə dəyişə bilməsi üçün çox böyük miqdarda istilik enerjisinə ehtiyac vardır. Suyun istilik enerjisinin bu qədər yüksək olmasının canlı həyatına təmin etdiyi çox böyük faydalar var. Çox sadə bir nümunə verməli olsaq, bədənimizdə çox böyük nisbətdə su olduğunu deyə bilərik. Su əgər havanın temperaturunun ani eniş və yüksəlişlərinə eyni dərəcədə tabe olsaydı bədən temperaturumuz qəfildən yüksələr və ya qəfildən donardıq.
Eynilə, suyun buxarlanması üçün də çox böyük bir istilik enerjisinə ehtiyac vardır. Su buxarlanarkən çox yüksək miqdarda istilik enerjisi istifadə etdiyi üçün, onun temperaturunda azalma baş verir. Yenə insan bədənindən bir nümunə verməli olsaq; bədənimizin normal temperaturunun 36 dərəcə və dözə biləcəyimiz ən yüksək bədən temperaturunun isə 42 dərəcə olduğunu deyə bilərik. Aradakı bu 6 dərəcəlik interval çox kiçik bir intervaldır və bir neçə saat günəş şülaraı altında işləmək bədən temperaturunu bu qədər artıra bilər. Ancaq bədənimiz tərləyərək, yəni daxilindəki suyu buxarlandıraraq böyük miqdarda istilik enerjisi sərf edər və bədən temperaturu azalar. Bədənimiz avtomatik şəkildə çalışan belə bir mexanizmə sahib olmasaydı, bir neçə saat günəş şüaları altında işləmək belə bizim üçün öldürücü təsirə malik olardı.
Hidrogen əlaqəsinin suya qazandırdığı digər bir inanılmaz xüsusiyyət, suyun maye halında olarkən, bərk halına nisbətən daha yüksək sıxlığa malik olmasıdır. Halbuki, yer üzündəki maddələrin əksəriyyəti bərk halda olarkən, maye halına nisbətən daha yüksək sıxlıqdadır. Ancaq, su digər maddələrin əksinə donarkən genişlənir. Bunun səbəbi hidrogen əlaqələrinin su molekullarının bir-birlərinə möhkəm şəkildə bağlanmasına mane olması və arada bir çox boşluğun qalmasıdır. Su maye halında olanda hidrogen əlaqələri qopduğundan oksigen atomları bir-birinə yaxınlaşır və daha sıx bir quruluş əldə edilir.
Bu vəziyyət həmçinin buzun sudan daha yüngül olmasına da gətirib çıxarar. Normalda hər hansı bir metalı əridib, içinə eyni metalın parçalarını atsanız, bu parçalar dərhal dibə çökər. Ancaq suda vəziyyət fərqlidir. On minlərlə ton ağırlığındakı aysberqlər suyun üzərində göbələk kimi üzürlər. Yaxşı, bəs onda suyun bu xüsusiyyətinin nə kimi bir faydası ola bilər?.
Bu sualı bir çay nümunəsi ilə cavablandıraq: Havalar çox soyuduqda çaydakı suyun hamısı deyil, yalnız səthindəki su donar. Su, +4 dərəcədə maksimal ağırlığa malik olar və beləliklə də, o dərhal dibə çökər. Suyun üzərində “təbəqə halında buz” meydana gələr. Su bu təbəqənin altında axmağa davam edər və +4 dərəcə canlıların yaşaya biləcəyi temperatur olduğu üçün aşağı qatdakı canlılar həyatlarını davam etdirərlər.
Buraya qədər bəhs etdiyimiz, Allahın suya verdiyi bu möhtəşəm xüsusiyyətlər; yer üzündə canlı həyatının mövcud ola bilməsinə imkan verən xüsusiyyətlərdir. Aşağıdakı ayədən də göründüyü kimi, üstün bir yaradılış nümunəsi olan su, Allah tərəfindən insanın ehtiyaclarının qarşılanması məqsədiylə göydən nazil edilmişdir. Quranda Allahın insanlara bəxş etdiyi bu böyük nemətin əhəmiyyəti belə bildirilmişdir:
Suyun kimya qanunlarını alt-üst edən xüsusiyyəti
Hamımızın bildiyi kimi, su 100 dərəcə temperaturda qaynayar və 0 dərəcə temperaturda donar. Ancaq, normal şərtlərdə su, 100 dərəcə temperaturda deyil, -80 dərəcə temperaturda qaynamalı idi. Niyəmi?.
Dövri cədvəldə eyni qrupdakı elementlərin xüsusiyyətləri, yüngül elementdən ağır elementə doğru nizamlı surətdə dəyişir. Bu nizam, xüsusilə də hidrogen birləşmələrində hakimdir. Dövri cədvəldə oksigenin yerləşdiyi qrupda olan elementlərin birləşmələri hidrit deyə adlandırılır. Su, əslində oksigen hidritdir. Bu qrupdakı digər elementlərin hidritləri də su molekulu ilə eyni molekul quruluşuna sahibdirlər.
Bu birləşmələrin qaynama temperaturları kükürddən başlayaraq, daha ağır elementlərə doğru mütəmadi surətdə dəyişər; ancaq gözlənilməz bir şəkildə suyun qaynama temperaturu bu qanundan kənara çıxar. Su (oksigen hidriti) olması lazım olandan 180 dərəcə daha yüksək temperaturda qaynayar. Digər bir təəccüblü vəziyyət də suyun donma temperaturu ilə əlaqədardır: Yenə də dövri sistemdəki nizama görə, su -100 dərəcə temperaturda bərk hala gəlməlidir. Ancaq su bu qaydanı pozur və olması lazım olandan 100 dərəcə yüksək temperaturda, yəni 0 dərəcə də buz halına gəlir.
Əgər su, dövri sistemdəki nizama uyğun hərəkət etsəydi, yer üzündə yalnız buxar halında mövcud olardı. Bu məqamda; nə üçün hidritlərin başqa biri deyil də, yalnız suyun (oksigen hidritlərin) dövri sistem qanunlarına tabe olmadığını sualı ağla gəlir.
İstər fizika, istərsə də kimya qanunları yaxud da qanun kimi xarakterizə etdiyimiz nə varsa, bunların hamısı, insanların, kainatdakı fövqəladə tarazlığın və yaradılışın səbəbini izah etmə səylərindən başqa bir şey deyildir. Bu qanunlar, hər nə qədər təmtəraqlı adlarla danışılsa da, bu adlar bu qanunların həqiqətən işlədiyini sübut etməz. Necə ki, bir qədər əvvəl ələ aldığımız kimi, "su" kainatda canlı həyatın mövcud ola bilməsinə ən uyğun və kimya qanunlarını alt-üst edəcək şəkildə yaradılmışdır. Aşağıdakı ayədə də bildirildiyi kimi, Allah, göydə və yerdə olanların hamısını bizə ram etmişdir. "Su" da buna çox gözəl bir nümunədir.
Qoruyucu tavan: Ozon
Tənəffüs etdiyimiz hava, yəni troposfer təbəqəsi böyük miqdarda oksigen qazından ibarətdir. Burada oksigen deyərkən nəzərdə tutduğumuz şey O2 qazıdır. Yəni oksigen molekulları 2 atomdan meydana gəlmişdir. Ancaq, oksigen molekulu bəzən 3 atomdan da əmələ gələ bilər. Bu vəziyyətdə bu molekul artıq oksigen deyil "ozon" deyə adlandırılar, çünki bu iki qaz-birlərindən çox fərqlidir.
Dərhal burada qeyd olunması lazım olan bir məqam vardır: Niyə iki oksigen atomu birləşdikdə “oksigen qazı”, üç oksigen atomu birləşdikdə isə “Ozon” deyə fərqli bir qaz meydana gəlir?. Nəticədə iki də olsa, üç də olsa birləşən oksigen atomları deyildirmi?. Onda, niyə iki fərqli qaz meydana gəlir?. Bu sualı cavablandırmadan əvvəl, bu iki qazın nə cəhətdən fərqli olduqlarını ələ alıb, sonra bu sualı cavablandırmaq daha məqsədə uyğun olar:
Oksigen qazı (O2) troposferdə mövcud olur və tənəffüs yolu ilə yer üzündəki bütün canlılara həyat verir. Ozon (O3) isə, zəhərli və çox pis qoxulu bir qazdır. Atmosferin ən yuxarı təbəqələrində olur. Əgər, oksigen qazı əvəzinə ozon qazı udma məcburiyyətində qalsaydıq heç birimiz yaşaya bilməzdik.
Ozon qazı, ozonosferdə yerləşir; çünki orada canlı həyatı üçün çox mühüm bir funksiya yerinə yetirir. Atmosferin təxminən 20 km. hündürlüyündə bütün dünyanı bir zolaq kimi bürüyüb-əhatə edən bir təbəqə meydana gətirir.(18) Beləliklə də, Günəşdən gələn infraqırmızı şüaları udaraq, onların yer səthinə tam bir güclə çatmalarının qarşısını alar. İnfraqırmızı şüalar çox yüksək enerjiyə sahib olduqları üçün yer səthinə bu şəkildə çatarlarsa, yer üzündəki hər şey yanar və dünyada həyat mövcud ola bilməz. Məhz buna görə də ozon təbəqəsi atmosferdə qoruyucu bir zireh funksiyası yerinəı yetirir.
Yer üzündə canlı həyatın mövcud olması üçün, tənəffüs edə bilməli və zərərli günəş şüalarından qorunmalıdır. Həmçinin bu sistemi meydana gətirən yalnız və yalnız, hər atoma, hər molekula hakim olan Allahdır. Allahın izni olmadan heç bir güc bu atomları oksigen və ozon qazı molekulları olaraq bir yerə gətirə bilməzdi. Yenə Allahın izni olmadan heç bir güc oksigen qazını troposferdə, ozon qazını isə ozonosferdə saxlaya bilməzdi.
Daddığımız və qoxuladığımız molekullar
Dad və qoxu hissləri, insanın dünyasını gözəlləşdirən hisslərdir. Bu hisslərdən alınan zövq çox qədim dövrlərdən bəri maraq mövzusu olmuş və bunların əslində molekullar arası qarşılıqlı təsir olduqları son vaxtlarda kəşf edilmişdir.
Dad və qoxu dediyimiz hisslər, əslində müxtəlif molekullardan başqa bir şey deyil. Məsələn, vanil qoxusu, müxtəlif meyvə və çiçək qoxularının hamısı uçucu molekullardan ibarətdir. Atomlar bir tərəfdən canlı və cansız maddəni meydana gətirərkən, digər tərəfdən də maddəyə ləzzət verirlər. Yaxşı, bəs onda bu necə baş verir?.
Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitel toxuması adlanan nahiyəsindəki titrək tükcüklərdə yerləşən reseptorlara gəlib çatırlar və bu reseptorlarda qarşılıqlı təsirə girərlər. Bu qarşılıqlı təsir beynimizdə qoxu kimi qavranılır. 2-3 cm2-lik bir qoxu (olfaktor) epiteli ilə örtülmüş burun boşluğumuzda indiyə qədər yeddi növ fərqli reseptor aşkarlanıb. Bu reseptorlardan hər biri müəyyən bir qoxunu qəbul edər. Eynilə insan dilinin ön tərəfində də dörd fərqli növdə kimyəvi reseptor vardır. Bunlar duzlu, şəkərli, turş və acı dadları qəbul edər. Məhz bütün duyğu orqanlarımızın reseptorlarına gəlib çatan molekullar beyin tərəfindən kimyəvi siqnallar halında qəbul edilir.
Hal-hazırda dad və qoxunun necə qəbul edildiyi mövzusu kifayət qədər başa düşülüb, amma elm adamları niyə bəzi maddələrin çox, bəzi maddələrin az iy verdiyi, bəzilərinin dadlarının gözəl və bəzilərinin də pis olduğu mövzusunda ortaq bir fikrə gələ bilmirlər.
Bir düşünək. Qəhvəyi rəngli, özünə məxsus pis bir qoxusu olan torpaqda yüzlərlə növdə, gözəl qoxulu və ləzzətli meyvələr bitir və ya minlərlə rəng, forma və qoxuya sahib çiçəklər əmələ gəlir. Heç bir qoxunun, heç bir ləzzətin olmadığı bir dünyada da yaşaya da bilərdik. Ləzzət və qoxu anlayışını bilmədiyimizdən ötrü də, bu hisslərə sahib olmağı istəmək, heç ağlımıza belə gəlməzdi. Atomlar bir tərəfdən maddəni yaratmaq üçün fövqəladə bir şəkildə birləşdikləri halda, niyə dad və qoxunu yaratmaq üçün də ayrıca olaraq birləşmirlər?. Dad və qoxunun mövcud olması insanlar üçün təməl bir ehtiyac deyil. Amma möhtəşəm bir sənətin məhsulu kimi, dünyamıza tam fərqli bir ləzzət verər.
Digər canlılarla müqayisə etsək, bəzi canlıların yalnız ot, bəzilərinin də daha fərqli maddələr yediklərini görərik. Şübhəsiz ki, bunların nə gözəl bir qoxuları, nə də gözəl bir ləzzətləri vardır. Əlbəttə ki, biz də onlar kimi təkcə bir növ qidayla bəslənə bilərdik. Ömrünüzün sonuna qədər yalnız tək bir növ yemək yesəydiniz və yalnız su içsəydiniz həyatınız necə olardı?
Bu baxımdan rəng və qoxu, digər bütün nemətlər kimi, sonsuz lütf və kərəm sahibi Yaradanın insana qarşılıqsız bəxş etdiyi nemətlərindəndir. Yalnız bu iki hissin olmaması belə insan həyatını böyük ölçüdə maraqsız hala gətirərdi. Özünə verilən bütün bu nemətlər müqabilində insana düşən vəzifə isə, özünü hər cəhətdən əhatə edən belə sonsuz bir lütf qarşısında Rəbbinə lazım olduğu kimi təşəkkür edərək, Onun istədiyi kimi bir qul olmağa çalışmaqdır. Belə bir münasibət qarşısında Rəbbi ona, bu dünyada yalnız nümunələrini verdiyi nemətlərin daha yaxşısını və tükənməz olanını özündə saxlayan əbədi bir həyatı vəd edir. Əksinə, yəni nankor, laqeyd, Allahdan xəbərsiz şəkildə keçirilən bir həyatın qarşılığı isə, şübhəsiz ki, yenə bu münasibətə layiq ədalətli bir qarşılıq olacaq:
Maddəni necə qavrayırıq?
Buraya qədər oxuduqlarımız maddi varlığın heç də zənn etdiyimiz kimi olmadığını göstərdi. Bəli, maddə hesab etdiyimiz şey, əslində bir enerji topasından, nəhəng bir boşluqdan başqa bir şey deyil. Öz bədənimiz, otağımız, evimiz, hətta dünya və bütün kainat əslində bir enerji buludundan ibarətdir. Onda, ətrafımızdakı bu qədər şeyi gözlə görünən və əllə tutulan vəziyyətə gətirən nədir?.
Ətrafımızdakıları maddə kimi qavramağımızın səbəbləri, atomların orbitlərindəki elektronların fotonlarla toqquşmaları, atomların bir-birlərini itələmələri və ya cəzb etmələridir.
Hal-hazırda əlinizdə tutduğunuzu zənn etdiyiniz kitabı əslində tutmursunuz. Əslində əlinizin atomları kitabın atomlarını itələyir və bu itələmənin dərəcəsinə görə də toxunma hissi yaranır. Çünki atomların quruluşundan bəhs edərkən qeyd etdiyimiz kimi, atomlar bir-birinə maksimum bir atomun diametri qədər yaxınlaşa bilərlər. Həmçinin bir-birlərinə bu qədər yaxınlaşa bilən atomlar, ancaq birlikdə reaksiyaya girən atomlardır. Bu halda, eyni maddənin atomları belə bir-birinə qətiyyən toxuna bilməyəcəkləri halda, biz əlimizlə tutduğumuz, sıxdığımız və ya tutub göyə qaldırdığımız maddəyə heç toxuna bilmərik. Üstəlik, əlimizdəki maddəyə maksimum dərəcədə yaxınlaşmağımız mümkün olsaydı belə, bu maddəylə kimyəvi reaksiyaya girərdik. Belə bir vəziyyətdə insan və ya başqa bir canlı bir saniyə belə yaşaya bilməzdi. Canlı ayaq basdığı, oturduğu və ya dayandığı maddə ilə dərhal kimyəvi reaksiyaya girər və qəribə bir varlığa çevrilərdi.
Bu vəziyyətdə ortaya çıxan mənzərə olduqca düşündürücüdür: Əslində, 99,95%-i boş olan və demək olar ki, enerjidən ibarət olan atomlardan ibarət olan bir dünyada yaşayırıq. “Toxunuruq və tuturuq" dediyimiz şeylərə də heç vaxt toxunmuruq. Bəs gördüyümüz, eşitdiyimiz və ya qoxuladığımız maddəni nə dərəcədə qavrayırıq?. Bu maddələr, əslində gördüyümüz eşitdiyimiz kimi ola bilərlərmi?.
Qətiyyən xeyr... Elektronlardan və molekullardan bəhs edərkən bu mövzunu ələ almışdıq. Burada təkrar xatırlatmalı olsaq; mövcuddur dediyimiz, gördüyümüz maddəni bilavasitə görməyimiz qeyri-mümkündür. Çünki günəşdən və ya başqa bir işıq mənbəyindən gələn işıq zərrəciklərinin (fotonların) maddəyə dəyməsi və bu maddənin gələn işığın bir qismini udması və qalan hissəsini isə geriyə əks etdirməsi nəticəsində bizim gözümüzə düşən, (yəni bir mənada maddədən əks olunan) fotonlar beynimizdə görüntü meydana gətirərlər. Yəni, gördüyümüz maddə ancaq bizim gözümüzə əks olunub düşən fotonların daşıdığı məlumatdan ibarətdir. Bu məlumatlar maddəylə əlaqədar məlumatın hamısını nə dərəcədə əks etdirir?. Az və ya çox bu məlumatların bizə qəti surətdə xarici aləmdəki maddənin həqiqi halını göstərdiyinə dair əlimizdə heç bir dəlil yoxdur.
Bu baxımdan baxıldığında mövzu daha dəqiqlik qazanacaq: 21-ci əsrə daxil olduğumuz bu günlərdə elm elə bir səviyyəyə çatmışdır ki, artıq maddənin 99,95-%-nin boşluqdan ibarət olduğu qəti surətdə aşkarlanmışdır. Ancaq, bu həqiqətin açıq-aydın şəkildə gözümüzün qarşısında durmağına baxmayaraq, biz maddəni 100% dolu (konkret bir həqiqət) kimi qavrayırıq. Bu vəziyyət bizə çox konkret şəkildə hisslərimizin beynimizə verdiyi mesajların xarici aləmi olduğu kimi əks etdirmədiyini göstərir.